6 C
Baku
Monday, December 16, 2024

Ərdoğan: “Yaxın günlərdə zəlzələ bölgəsindəki mövcud çətinliklər aradan qaldırılacaq”

“Yaxın günlərdə zəlzələ bölgəsindəki mövcud çətinliklər aradan qaldırılacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı çıxışında deyib.

Onun sözlərinə görə, zəlzələ bölgəsində axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir: “Eyni zamanda vətəndaşlarımızın təxliyəsi da davam edir. Təxribatçıların cəhdlərinə imkan vermək olmaz. Bu məsələdə media nümayəndələri xüsusilə həssas olmalıdır. İndi həmrəy olmaq vaxtıdır”.

Ərdoğan zəlzələdən zərərçəkənlərə maliyyə yardımının göstəriləcəyini də bildirib: “Zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işləri də aparılacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər