Banker.az xəbər verir ki, ABŞ-ın maliyyə məlumatları və reytinq xidmətləri şirkəti “S&P Global” blokçeyn təhlükəsizliyi sahəsində fəaliyyət göstərən “OpenZeppelin”i almaq barədə razılıq əldə edib.
“OpenZeppelin”in həlləri dünyanın ən böyük steyblkoinlərinin, tokenləşdirilmiş fondlarının və DeFi protokollarının təhlükəsizliyinin təmin edilməsində istifadə olunur.
Şirkətin “OpenZeppelin Contracts” infrastrukturu üzərindən 37 trilyon dollardan çox həcmdə əməliyyat keçib. “OpenZeppelin” indiyədək 900-dən çox audit aparıb və məhsullar istifadəyə verilməzdən əvvəl 10 mindən çox zəiflik aşkarlayıb.
“S&P Global” ənənəvi maliyyə sisteminin blokçeyn texnologiyalarına keçidi fonunda “OpenZeppelin”in texnologiyalarından smart-kontraktlar və digər onçeyn infrastrukturlar üzrə risklərin qiymətləndirilməsində istifadə etməyi planlaşdırır.
Sövdələşmənin məbləği açıqlanmayıb.







