İlin ilk 8 ayında 17 887,5 mln. kVt.saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır. Bunun 17 376,5 mln. kVt.saatını əmtəəlik elektrik enerjisi təşkil edib (1,9% azalma).
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.
İES-lərdə istehsal 13 549,8 mln. kVt.saata düşərək 8,8% azalıb. SES-lərdə istehsal 2 498,9 mln. kVt.saat təşkil edərək 10,7% artıb.
Külək elektrik stansiyalarında istehsal kəskin artaraq 726,7 mln. kVt.saat təşkil edib və illik müqayisədə 22 dəfə böyüyüb.







