Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana rəsmi səfərə gələcək.
Ərdoğanın ölkəmizə səfər proqramı açıqlanıb.
Ərdoğan səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək.
İkitərəfli münasibətlər istiqamətində atılacaq addımların və iki ölkə arasında əməkdaşlıq sahələrinin müzakirə olunacağı görüşlərdə regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.