Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasında görüşə bilərlər.
Bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə bu, gələn ay – sentyabrda baş tuta bilər.
“Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. Gələn ay Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Bayden arasında mümkün görüş zamanı bu məsələ müzakirə olunacaq”, – deyə məqalədə bildirilir.