20 C
Baku
Thursday, May 2, 2024

Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Söhbət zamanı Rusiya-Ukrayna məsələsi müzakirə olunub.

Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olmasının vacibliyini bildirən Ərdoğan İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını istədiklərini və bu prosesə hər cür töhfə verməyə hazır olduqlarını qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər