24 C
Baku
Monday, April 29, 2024

Ərincəklik və istirahətin vəhdəti

Biz tez-tez “Məşğulam, istirahət edirəm” cümləsini eşidirik, lakin çox az insan bunun “Həvəsim yoxdur” cümləsindən fərqini anlaya bilir. Aydınlaşdırmağa çalışaq. İlk olaraq nəzəriyyədən başlayaq. Lüğətlər “istirahət” və “ərincəkliklə” bağlı hansı anlayışları təqdim edə bilərlər? Ümumilikdə isə bu anlayışlar ona gətirib çıxarır ki, istirahətlə güc bərpa edilir; ərincəklik isə “fəaliyyət göstərməyə arzunun olmamasıdır”.

Nəyi ilk növbədə istirahət adlandıra bilərik? Fəaliyyət növünün dəyişdirilməsi, yəni “yuxu”. Biz o amili istirahət hesab edə bilərik ki, onun miqdarı ilə güc bərpa olunsun. Bu səbəbdən də buraya istirahət olaraq bir neçə dəqiqəlik mürgüləmək deyil, normal yuxu rejimi daxildir. Digər tərəfdən gəzinti də istirahət hesab edilir. Burada istirahət tədbirlərinin sərhədi ilk deyil, son səbəb ilə müəyyən edilir. Məsələn, biz 15 dəqiqə gəzməyi qərara aldıq. Gəzinti zamanı evə döndükdə ev işləri ilə məşğul olmalı olduğumuzu xatırladıq və bir az daha gəzməyə qərar verdik. Bu prosesi şərti olaraq “işlərin təxirə salınması” adlandırırıq. Ərincəklik məhz budur.

Lazım olan internet səhifəsini açmaq, lazım olana baxmaq və onu bağlamaq olar. Bunun əksinə 2 saat hər şeyə ard-arda baxmaq da olar. Televizora baxmağı isə istirahətlə tənbəlliyin vəhdəti adlandırmaq olar. Burada insanlar yaxşı bəhanəyə sahibdirlər, televizora baxarkən istirahət etmirəm, işimlə məşğulam. Bu insanların işi isə boş-boş kanalları dəyişdirməkdən ibarətdir. Bundan əlavə ərincəkliklə istirahətin vəhdətinə hansı misalları göstərmək mümkündür?

Məsələn, təmizlik prosesi sona çatdı və növbəti işi başlamaq lazımdır. Lakin yeni işi başlamağa qarşı olan ərincəklik hissi bizi məcbur edir ki, artıq təmizlədiyimiz yeri bir neçə dəfə yenə silək, yerində olan əşyaları yerindən götürərək başqa yerə qoyaq. Ola bilsin ki, növbəti görəcəyimiz iş bizə daha çətin və darıxdırıcı gəlsin, buna görə də ərincəklik səbəbindən vaxtında görməli olduğumuz işi dəfələrlə təxirə salırıq.

Ərincəklik hissinin qarşısını almaq üçün etməli olduğunuz kiçik işləri belə qaydasında, əsl etməli olduğunuz vaxtda, yəni sonraya təxirə salmadan  yerinə yetirin. Düşünün ki, gün ərzində boş, mənasız şeylərə nə qədər çox zaman ayırırsınız. Bunun əvəzində isə etməli olduğunuz işləri həvəslə və zamanında yerinə yetirsəniz, həyatınızın nə dərəcədə asanlaşdığının şahidi olacaqsınız.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər