14 C
Baku
Monday, May 6, 2024

​Azərbaycan Maliyyə Ombudsmanının yaradılması ilə bağlı xarici təcrübəni öyrənir

Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədə Maliyyə Ombudsmanının yaradılması ilə bağlı xarici təcrübəni öyrənir. Bunu “Report”a açıqlamasında ABA-nın icraçı direktoru Yunus Abdulov bildirib.

“Hazırda bir neçə xarici ölkənin təcrübəsi araşdırılır. Məsələn, Rusiyada maliyyə işlərinə baxan ombudsman cəmi 1 nəfərdən ibarətdir. Polşada ombudsman və onun müavini var. Amma bu şəxslər müxtəlif məsələlərə dair ayrı-ayrılıqda qərar verirlər. Yəni, iş yükünün çox olması ilə əlaqədar maliyyə mübahisələrinin həllinə iki nəfər təhkim edilib. Türkiyədə maliyyə ombudsmanı 5 nəfərlik bir neçə heyətdən ibarətdir. Hər heyət bir məsələyə baxır. Yəni, mümkün təcrübə əsasında Azərbaycan üçün bir model seçiləcək, amma bu məsələnin nə vaxt reallaşacağı hələ məlum deyil”, – deyə Y.Abdulov qeyd edib.

Xatırladaq ki, Maliyyə Ombudsmanının yaradılması ideyası ABA-ya məxsusdur. Məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər