15 C
Baku
Friday, March 29, 2024

​Azərbaycana avtomobillərin 62%-i icbari qaydada sığortalanır

Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin təxminən 62%-i icbari qaydada sığortalanır. Bu barədə Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2016) çərçivəsində təşkil olunmuş “Avtomobil sığortası” adlı seminarda İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkədə rəsmən 1 291 008 avtomobil olsa da, bunun 797 426-sının sahibi mülki məsuliyyətini sığortalayır: “Təəssüf ki, son 20-30 ildə bizdə utilizasiya proqramı olmayıb. Buna görə də sığortalı nəqliyyat vasitələri arasında istifadə olunanların sayını dəqiq müəyyən edə bilmirik. Lakin təxmini hesablamalar bu rəqəmin 493 582 olduğunu göstərir”.

Report

Son xəbərlər
Digər xəbərlər