15 C
Baku
Saturday, May 4, 2024

​”Deutsche Böerse” London birjası ilə birləşməsinin detallarını açıqlayıb

Almaniyanın fond birjası “Deutsche Böerse” və İngiltərənin fond birjası “London Stock Exchange”(LSE) 30 mlrd. dollar kapitalla yaranan yeni Avropa birja şirkəti barədə ətraflı məlumat yayıb. Yeni yaranan şirkət Londonda yerləşəcək və ona “Deutsche Boerse”nin baş icraçı direktoru Karsten Kenqeterin rəhbərlik edəcəyi bildirilib.

“Deutsche Böerse” və LSE Avropa bazarlarına daxil olan ABŞ fond birjası şirkətlərinə rəqib olan 30 mlrd. dollar sərmayəli şirkət yaratmaq üçün son 16 ildə 3-cü dəfə təşəbbüs göstəriblər. Bu gün fevralın 26-da hər iki şirkət müqavilənin parametrlərini dərc ediblər. Bu nparametrlər müvafiq nəzarət orqanları tərəfindən təsdiq olunmalıdır. Yeni şirkətin yaranması baş tutarsa o, Britaniya hüquqi şəxs reyestrinin strukturuna daxil olacaq və məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərəcək. Onun London və Frankfurt olmaqla, iki baş ofisi olacaq.

Hər iki şirkət birləşmə nəticəsində qlobal birja operatorları bazarında güc balansının dəyişəcəyinə ümid etdiklərini bildiriblər. Anlaşma Avropanın maliyyə mərkəzi sayılan Londona Britaniyanın iyunda keçiriləcək Avropa İttifaqından (Aİ) ayrılma referendumuna baxmayaraq, Aİ ilə əlaqələrini saxlamaq imkanı verəcək. “Reuters” agentliyindən verilən açıqlamada yeni yaranan şirkətin səhm və derivativlərlə ticarət sahəsi treydinq, klirinq və hesablaşmalar aparacağı bildirilib.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər