Banker.az xəbər verir ki, İtaliya Mərkəzi bankının cümə günü elan etdiyi məlumata əsasən, ölkənin dövlət borcu həcmi 2017-ci ilin may ayında tarixi maksimuma, yəni demək olar ki, 2,279 trilyon avroya çatıb.
Bundan daha əvvəlki mənfi rekord isə cari ilin aprel ayında qeydə alınmışdı. Bu zaman ölkənin borc həcmi 2,27 trilyon avro təşkil edirdi.
Beləliklə, İtaliya Mərkəzi bankının məlumatlarında qeyd edilir ki, bu ilin aprel ayı ilə müqayisədə borc yükü 8 milyard avrodan çox artıb. Bu isə əsas olaraq dövlət administrasiyasının xərclərinin həcminin artması ilə əlaqəlidir.
İtaliyanın dövlət borcu həcmi keçən il 2,07% artmışdı və 2016-cı ilin 31 dekabrında 2,217 trilyon avro təşkil edirdi.