9 C
Baku
Thursday, December 12, 2024

​Rusiyanın 57 illik neft ehtiyatı qalıb

Rusiyanın təsdiq olunmuş və proqnozlaşdırılan neft ehtiyatlarının ümumi həcmi 29 mlrd. ton təşkil edir və bunun 57 ilə kifayət edəcəyi bildirilir.

Reportun “Rambler News Service”ə istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə Rusiyanın ekologiya və təbii sərvətlər naziri Sergey Donskoy çıxış edib və Təbii ehtiyatlar üzrə Dövlət Komissiyasının hesabatına əsaslanıb.

Nazir bildirib ki, təsdiq olunmuş neft ehtiyatları hazırda 14 mlrd. ton təşkil edir və bu, 28 il üçün yetərlidir. Onun sözlərinə görə, karbohidrogenlərin ümumi həcmində çətin hasil olunan neftin həcmi getdikcə artır və yeni quyular qazılmasa, ənənəvi ehtiyatların hasilatı artıq 2020-ci ildən azalmağa başlayacaq.

Qeyd edək ki, hazırda Rusiya neft hasilatını maksimal həddə – gündəlik 11 mln. barelə çatdırıb. Müqayisə üçün bildirək ki, Azərbaycanın neft ehtiyatları 4 mlrd. ton həcmində qiymətləndirilir

Son xəbərlər
Digər xəbərlər