Ermənistan heç vaxt Rusiyadan dizelin və ya benzinin pulsuz verilməsini xahiş etməyib.
Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
“2013-cü ildə Rusiya və Ermənistan hökumətləri arasında təbii qaz, neft məhsulları və almazın tədarükü ilə bağlı əməkdaşlıq haqqında Saziş imzalandı. Sazişdə təbii qazın, neft məhsullarının Ermənistana ixracı üçün kvotalar təsdiq edilib. 2023-cü ilin oktyabrında benzin və dizel yanacağı üçün ayrılan kvota başa çatdı və Ermənistan tərəfi kvotanın artırılması ilə bağlı müraciət etdi. Bu, qismən təmin edildi, nəticədə Ermənistan Rusiyadan 15 min ton neft 20 min ton dizel və benzin idxal edə bildi”, – deyə qeyd olunub.