15 C
Baku
Friday, April 26, 2024

1 000 000 dollarlıq velosiped

Unikal layihə The House of Solid Gold» şirkətinin əməkdaşlarının və məşhur konstruktor-ixtiraçı Dan Bull-un birgə səyləri nəticəsində həyata keçirilmişdir. Sonuncu «Iditabike» brendi adı altında məşhurdur.

Velosipedin əsas xüsusiyyəti ondan ibarətdir ki, onun demək olar ki, bütün üzəri 24 karatlıq qızıl ilə örtülüb. Bir velosipedin hazırlanması üçün əl əməyi ilə 750-dən çox saat tələb olunmuşdur. Ümumilikdə isə bu velosipedlərdən cəmi 13 nümunə mövcuddur. Qızılla yanaşı, velosipedin hazırlanmasında brilliant və safirlərdən də istifadə olunmuşdur. Bu zaman 6 karatlıq brilliantlardan və 5 karatdan bir qədər çox safirlərdən istifadə olunmuşdur. Velosipedin oturacağı alliqator dərisindən, su ilə dolu şüşə isə skat dərisindən hazırlanıb. Bu dəbdəbəli velosipedlərin satılmasından əldə edilən vəsaitlərin böyük hissəsi «The Way to Happiness» qeyri-kommersiya təşkilatının hesabına köçürüləcək.

y 1402235968_9 1402235981_6 1402235988_5 1402235991_3 1402235959_7 1402235962_11 1402235951_10

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər