2021-ci ilin yanvar-iyun ayları ərzində 546 investisiya layihəsinin maliyyələşdirilməsinə 36.6 mln. manat güzəştli kredit verilib.
Banker.az xəbər verir ki, verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1 009 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bu müddət ərzində verilmiş kreditlərin 97.1%-i mikro, kiçik və ortasahibkarlıq subyektlərinin payına düşür. Güzəştli kreditlərin 58.2%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 28.1%-i sənaye məhsulları-nın istehsalı və emalı, 13.7%-i digər sahələrə verilib.