“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2026-cı ilin ilk yarısını (yanvar-iyun) 23 766 manat xalis mənfəət ilə başa vurub. Halbuki, 2025-ci ildə şirkət 483 384 manat zərər etmişdir.
Banker.az bu barədə 2026-cı ilin ilk yarısı (30 iyun 2026) üzrə maliyyə vəziyyəti və mənfəət-zərər hesabatlarına istinadən xəbər verir.
Hesabat dövründə ASC-nin əsas əməliyyat gəliri 20 milyon 555 min manat, satışın maya dəyəri 16 milyon 201 min manat, satış gəliri isə 4 milyon 353 min manat təşkil edib. Digər fəaliyyətlərdən əldə olunan 123,4 min manatlıq gəlir də daxil olmaqla, ASC-nin cəmi gəlirləri 4 milyon 477 min manata çatıb. Bu dövrdə şirkətin kommersiya xərcləri 2 milyon 729 min manat, inzibati xərcləri 1 milyon 69 min manat, sair əməliyyat xərcləri isə 654,8 min manat olub.
Yanvar-iyun aylarında şirkətin cəmi aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 5% və ya 832.3 min manat artaraq 17 milyon 530 min manata yüksəlib. Cəmi öhdəlikləri 5.3% artaraq 16 milyon 16 min manat, cəmi kapitalı isə 1.6% artaraq 1 milyon 513 min manat olub.
Qeyd edək ki, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin nizamnamə kapitalı 200 min manatdır. Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır.






