10 ayda Azərbaycanda sığorta haqları 1 milyard manatı keçdi

2023-cü ilin yanvar-oktyabr ayında Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard 20 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 455 milyon 12 min manat olub ki, bu da 27% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 797 milyon 625 min manat, sığorta ödənişlərinin həcmi isə 359 milyon 297 min manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər