10 bank üzrə 460 milyon manatdan artıq kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən 18 oktyabrda “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 976 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 18 milyon 070 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilib.

Trend-in Fonda istinadən verdiyi məlumata görə, 4 bank üzrə ümumilikdə 104 miyon 716 min manatdan artıq kompensasiya ödənilib.

18 oktyabrda “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 936 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 milyon 812 min manatdan artıq kompensasiya ödənilib.

18 oktyabrda “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 038 min manatdan artıq kompensasiya ödənilib.

18 oktyabrda “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 195 milyon 423 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 460 milyon 889 min manatdan artıq kompensasiya ödənilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər