26 C
Baku
Saturday, April 20, 2024

“10-cu Beynəlxalq Marketinq Qurultayı” 2013 – xülasə

Müəllif: Oruc İbrahimov

Dostlar bu gün sizə iştirak etmək xoşbəxtliyi mənə nəsib olmuş ecazkar Moskva şəhərində keçirilən “10-cu Beynəlxalq Marketinq Qurultayı” haqqında danışmaq istərdim. Qurultayın təşkilatçısı – biznes inkişafı üzrə təşkilatlar Birliyi (SOMAR) ilə Facemark-ın əməkdaşlığı çərçivəsində bilik baxımından biliklərini çox açıq şəkildə bölüşməyə hazır olan gözəl insanlarla tanış oldum. Bu mənə ilk məzunlarından biri olduğum Marketinq AİR-in keçirdiyi treninqləri xatırlatdı.

Bəli, bəli “məzun” çünki bu treninglər bizlərə məktəb idi, treninq deyildi. Azərbaycan üçün çox qəribə olsada sahənin aparıcı mütəxəssisləri bizimlə öz təcrübələrini bölüşdülər, halbuki ölkəmizdə bir çox insan bunu etmir. Məhz Marketinq AİR təlimlərində biz yalnız real praktikada olan və Azərbaycan biznesindəki keyslərdən danışdıq. Qurultay haqqında isə demək istərdim ki, qonşularımızın marketinq sahəsində bu qədər irəli getmələri mənə gözəl təsir bağışladı. Uzun illər ərzində ölkədə heç bir brendin yaradılmamasına baxmayaraq, brendlərin müzakirə olunduğu seminarlarda hər birində belə məmnuniyyətlə iştirak etdim.

Onların buna can atması və səy göstərməsi mənim marağıma səbəb oldu və mən üzərimdə böyük məsuliyyətin olmasının bir daha əmin oldum, çünki yalnız Facemark-ı deyil, Azərbaycanın marketoloq icmasını deyil, həm də ölkəmi təmsil edirdim. Bütün müzakirələrdə iştirak etməyə və digər ölkələrin iştirakçıları kimi aktiv olmağa çalışırdım. O qədər dəyərli və maraqlı məlumatlar topladım ki, bu 3 möhtəşəm günün necə keçdiyini belə hiss etmədim. Mənə elə gəlir Azərbaycanın nə qədər inkişaf etməsi və müxtəlif sahələrdə qazandığımız müvəffəqiyyətlər haqqında ətraflı və kifayət qədər danışa bildim. Bunun təsdiqi kimi, Moskvanın aparıcı şirkətlərinin birindən iş təklifi də aldım və buna çox sevindim. Lakin təbii ki,onların təklifini etiraz etmək məcburiyyətində qaldım, çünki ölkəmi sevirəm və marketinqi, ümumiyyətlə marketinq anlayışını öz ölkəmdə inkişaf etdirmək istərdim.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər