2 C
Baku
Saturday, December 14, 2024

“$10 minə qədər qorunmayan əmanəti olanların pulu ilk növbədə qaytarılacaq”

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklarda 10 min ABŞ dollarına (17 min manata) qədər qorunmayan əmanəti olan fiziki şəxslərin pulunu ilk növbədə qaytaracaq. 

Bu barədə ləğv prosesində olan “Atra Bank” ASC-nin Kreditorlar Komitəsinin sədri Bayram Abbasov məlumat verib. 

Onun sözlərinə görə, Fond bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib. Məhkəmə, qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verib. 

“Bizim dəfələrlə ölkə rəhbərliyinə, Milli Məclisə müraciətlərimiz olmuşdu. Bu müraciətlər Fonda çatdırıldı və qərara alındı ki, 10 min dollara qədər qorunmayan əmanəti olanların pulu ilk növbədə qaytarılsın. Təkcə “Atra Bank”da 882 belə əmanətçi var. Amma “Bank Standard”da onların sayı 16 mindir. Bu güzəşti dövlətin humanist addımı kimi qiymətləndiririk”, – deyə sədr qeyd edib. 

Report

Son xəbərlər
Digər xəbərlər