MİDA Salyanda yeni yaşayış kompleksi salır – 1.5 milyon manatlıq müqavilə

MİDA Salyanda yeni yaşayış kompleksi salır – Layihələndirmə işləri “Azin Construction”a həvalə olundu.

Banker.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyəti Salyan rayonunda yeni yaşayış kompleksinin inşası ilə bağlı mərhələyə start verib.

Agentlik rayon ərazisində ayrılmış 30 hektar torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi işləri üzrə keçirdiyi tenderə yekun vurub.

Satınalma müsabiqəsinin qalibi “Azin Construction” MMC seçilib.

Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, layihələndirmə xidmətlərinin ümumi dəyəri 1 489 547 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər