7 C
Baku
Thursday, December 12, 2024

11 ayda daşınmaz əmlak sığortası üzrə 3.7 milyon manat ödəniş

Azərbaycan Sığortaçılar Assosiasiyası “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri tərəfindən bağlanan müqavilələrin sayını açıqlayıb.

ASA-dan verilən məlumata görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 2020-ci ilin 10 ayı ərzində bazarda xüsusi aktivliyi ilə seçilən təkcə 5 şirkət tərəfindən vətəndaş və sahibkarlarla 149 min 478 ədəd müqavilə bağlanıb. Bununla da 2019-cu ilin analoji dövri ilə müqayisədə qeyd olunan növ üzrə müqavilə sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. Məlumat üçün bildirək ki, 2019-cu ilin 10 ayı ərzində yenə sadəcə 5 şirkət tərəfindən 53 min ədəd müqavilə bağlanmışdı. Qeyd edək ki, müvafiq artımda fiziki şəxslərin ümumi payı çoxluq təşkil edir.

Daha bir statistikaya görə isə, 2020-ci ilin ən son açıqlanan 11 aylıq icmal göstəricilərinə görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri 38.6 milyon manat yığım təmin edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6.5 milyon manat çoxdur. Eyni zamanda 2020-ci ilin yanvar-noyabr aylarında vətəndaş və sahibkarlara “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrə görə 3.7 milyon manat ödəniş edilib.

Son xəbərlər
Digər xəbərlər