Azərbaycan Respublikasının Nazirlər Kabineti “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nda dəyişikliklər edib.
Banker.az xəbər verir ki, bu qanuna dair sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb.
İmzalanan qərara görə, Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nın 4.1-ci bəndinə “şəxslər” sözündən sonra “və dövlət qurumları” sözləri, 4.2-ci bəndinə “şəxsə” sözündən sonra “və ya dövlət qurumuna” sözləri, 4.3-cü bəndinə isə “şəxs” sözündən sonra “və ya dövlət qurumu” sözləri əlavə edilmişdir.