3 C
Baku
Saturday, December 14, 2024

“Accessbank” “Nikoil Bank”a birləşmə xəbərinə aydınlıq gətirdi

“Accessbank” QSC “Nikoil Bank” ASC-yə birləşəcəyi ilə bağlı mətbuatda yayılmış xəbərə münasibət bildirib.

Bankın mətbuat xidmətindən verilən açıqlamada deyilir ki, səhmdarların dəyişəcəyi ilə bağlı heç bir məlumat yoxdur.

“Accessbank” aktivlərinin həcminə və eyni zamanda ölkənin bütün regionlarını əhatə edən geniş xidmət şəbəkəsinə görə Azərbaycanın ən böyük banklarından biridir. Məhz ötən həftə müştərilərə daha səmərəli xidmət göstərmək üçün Sabirabad və ona yaxın rayonların potensialını nəzərə alınaraq Bank yeni “Sabirabad” filialını açıb. Son aylar Bank rekord sayda kredit verib və hazırda ölkənin mikrokreditləşmə bazarında 50%-dən çox paya malikdir. Həmçinin, Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 40%-ə qədər artım nümayiş etdirib, bu da bir daha əhalinin Banka olan etibarını təsdiqləyir. Bundan başqa sentyabrda “Accessbank”ın səhmdarları növbəti dəfə Bankın nizamnamə kapitalını 20 mln. manat məbləğində artırıblar. Odur ki, yayılan xəbərin əsası yoxdur”, – deyə Bankdan qeyd olunub.

-Report

Son xəbərlər
Digər xəbərlər