21 C
Baku
Monday, May 20, 2024

İT departamentinin Proqramlaşdırma şöbəsinə Aparıcı/ Baş mütəxəssis – “Ziraat Bank Azərbaycan” ASC

“Ziraat Bank Azərbaycan” ASC  İT departamentinin Proqramlaşdırma şöbəsinə Aparıcı/ Baş mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

·Texniki ali təhsil;

·Bank sektorunda iş təcrübəsi;

·3 ildən artıq iş proqramlaşdırma sahəsi üzrə təcrübə;

·SQL, PL/SQL bilikləri;

·ORACLE verilənlər bazası üzərində iş təcrübəsi;

·JAVA, C, C++,C#,VISUAL PASCAL proqramlaşdırma dillərindən birini bilməli;

·Rus və ingilis dili bilikləri;

·Özgə kodu anlama bacarığı;

·Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı.

Vəzifə öhdəlikləri:

·Bankın istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı yeni dillərin və proqramlaşdırma texnologiyalarının öyrənilməsi;

·Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi;

·Proqram sənədləşməsinin yaradılması və müşayiəti;

·Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi;

·Məlumat emalı prosesində müxtəlif əməliyyatların yerinə yetirilməsi;

·Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması.

Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində IT PROQRAMLAŞDIRMA qeyd etməyiniz vacibdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər