5 C
Baku
Saturday, December 14, 2024

Maliyyə departamenti / Hesabatlıq və təhlil şöbəsi / Şöbə müdiri – Expressbank

Tələblər:
– Ali iqtisadi təhsil;
– Mükəmməl mühasibatlıq biliyi;
– Analoji sahədə 3 il iş təcrübəsi;
– AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
– Analitik düşünmə və təklif vermə bacarıqları;
– Mükəmməl Microsoft Office (Excel-yüksək səviyyədə) proqramların biliyi;

– SQL bilikləri olan namizədlərə üstünlük verilir;
– ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
– Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
– Liderlik qabiliyyəti.

Vəzifə öhdəlikləri:

– Nəzarət edici orqanlara (Mərkəzi Bank, ADİF və s.) hesabatların təqdim olunmasına nəzarət;
– Daxili tələbat üçün hesabatların tətbiqi və hazırlanmasına nəzarət;
– İdarəedici informasiya sistemi üzrə əsas işlərin aparılması, prosedurun yazılması və və ona uyğun fəaliyyət sxeminin qurulması;
– Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanmasına nəzarət;
– Kütləvi informasiya vasitələrinə açıqlanmaq üçün hesabatların hazırlanmasına nəzarət;
– Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlərin görülməsi və təkliflərin verilməsi;
– Bankın ümumilikdə və ayrı-ayrı biznes sahələrinin təhlilində iştirak;
– Üzvü olduğu kredit komitələrində çıxarılan işlərin maliyyə təhlilini aparmaq.

Biz sizə nələr təklif edirik:
– Azərbaycanın aparıcı banklarının birində iş;

– AR Əmək Məcəlləsi uyğun əmək müqaviləsi;

– Stabil əmək haqqı;

– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;

– Professional və maddi inkişaf perspektivləri.

 Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

CV GÖNDƏRMƏK

Son xəbərlər
Digər xəbərlər