13 Çin təyyarəsi Tayvan boğazının orta xəttini keçib.
Bu barədə “Reuters“ ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Pekin iddia etdiyi ada yaxınlığında hərbi fəaliyyətlərini davam etdirir”,- deyə nazirlik bildirib.
Tayvan ətrafında vəziyyət ABŞ Konqresinin Aşağı Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində adaya planlaşdırılan səfərlə bağlı bəyanatından sonra gərginləşməyə başlayıb.