29 C
Baku
Thursday, June 30, 2022

Mustafayev komissyaya sədr seçildi

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin imzaladığı sərəncamda deyilir.

Komissiyanın sədri

İqtisadiyyat naziri (Şahin Mustafayev)

Komissiyanın üzvləri

  1. Energetika nazirinin müavini
  2. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
  3. Fövqəladə hallar nazirinin müavini
  4. Gənclər və idman nazirinin müavini
  5. Xarici işlər nazirinin müavini
  6. Kənd təsərrüfatı nazirinin müavini
  7. Mədəniyyət nazirinin müavini
  8. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
  9. Səhiyyə nazirinin müavini
  10. Təhsil nazirinin müavini
  11. Dövlət Turizm Agentliyinin sədri
  12. Dövlət Gömrük Komitəsi sədrinin müavini
  13. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
  14. Dövlət Sərhəd Xidməti rəisinin müavini
  15. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
  16. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
  17. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
  18. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
  19. Dövlət Neft Şirkətinin vitse-prezidenti
  20. Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.
Son xəbərlər
Oxşar xəbərlər