“Atəşgah” Sığorta 34 700 manat məbləğində KASKO ödənişi etdi

®30 illik tarixə malik “Atəşgah” Sığorta Şirkəti ASC fəaliyyətində müştəri məmnuniyyətini və şəffaflığı əsas prinsip kimi rəhbər tutaraq,
avqust ayı üzrə irihəcmli KASKO ödənişini həyata keçirmişdir.

Belə ki, şirkət tərəfindən sığortalanmış “Mercedes-Benz S63 AMG” markalı minik avtomobili 27 may 2026-cı il tarixində baş vermiş
hadisə nəticəsində zədələnmişdir. Hadisə ilə əlaqədar avtomobilə dəymiş maddi zərərin məbləği “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza

şöbəsi tərəfindən müəyyənləşdirilmiş və aparılmış qiymətləndirmənin nəticəsinə əsasən, sığortalıya 34 700 manat məbləğində sığorta ödənişi edilmişdir.

“Atəşgah” Sığorta Şirkəti uzunmüddətli təcrübəsinə  əsaslanaraq, gələcəkdə də müştərilərinin
yanında olmağı və yüksək xidmət keyfiyyətini davamlı şəkildə inkişaf etdirməyi qarşıya məqsəd qoyub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər