3 C
Baku
Saturday, December 14, 2024

“İnkişaf üçün Maliyyə” BOKT yerli banklardan borcalmadan sonra faiz xərci 5.5 dəfə artıb

Bank olmayan kredit təşkilatı “İnkişaf üçün Maliyyə” MMC  (bundan sonra FinDev) 2019-cu il üzrə audit hesabatını açıqlayıb.

Banker.az xəbər verir ki, BOKT-un maliyyə hesabatını Nexia EA audit şirkəti tərəfindən aparılıb.

Hesbatı analiz etdikdə bəli olur ki, 6 xarici maliyyə institutu (EBRD daxil) qarşısında 2020-ci ilin sonuna bağlamalı olduğu kreditlərin ödənişi ertələnib, yerləri yerli kreditorlarla əvəzlənib.

“FinDev” ötən il yenidən borcunun həcmini böyüdüb. Kredit təşkilatı ötən il ərzindən 6 dəfə olmaqla ümumi məbləği 1 milyon 25 min manatlıq “PAŞA Bank” ASC-dən kredit borcu alıb. Bu kreditlər 2021-ci ilin yanvarına qədər ödənməlidir və illik ödəniş faizi isə 8% təşkil edib. Bu “FinDev”in “PAŞA Bank” ilə ilk iş birliyi sayılır.

Bundan əlavə BOKT 0.1% illik ödəniş faiz dərəcəsi ilə Mərkəzi Bankdan 1 milyon 310 min manatlıq kredit cəlb edib. Bu faizli borc 2024-cü ilin sonuna qədər ödənilməlidir.

Bu borclamalarda ödənişlər və yenilərinin cəlb edilməsi nəticəsində ümumi borc portfeli 2 milyon 117 min manatdan 3 milyon 199 min manata çatıb.

Cəmi öhdəliklər isə 3 milyon 627 min manat təşkil edib.

Borc alıb hara yönəldir?

Kredit təşkilatının yerli AMB və “PAŞA Bank”dan borcların cəlbinin hansı istiqamətə yönəldiyinə nəzər yetirdikdə bəlli olur ki, həmin vəsaitlər tam olaraq əsas istiqamət olan müştəri kreditləşməsinə yönəlib.

Məsələn, ötən il ərzində kredit portfelinin həcmi 1 milyon 969 min manat artmaqla 5 milyon 76 min manata çatıb.

Lakin, xalis kreditlər nəzərə alınmasa bu kredit təşkilatının kredit portfelinin 5 milyon 97 min manatının sırf istehlak krediti olduğu qeyd edilir. Təbii, 8% dərəcəsi ilə borcalmaya girən bir kredit təşkilatı üçün kredit təqdim etmə əhatəsinin əsas alternativin fiziki şəxslərin olması normaldır.

Hesabat dövrünün sonuna BOKT-un cəmi aktivləri 8 milyon 951 min manat təşkil edib.

Gəlirləri artıb, mənfəət edib

“FinDev” ötən ilin 4 rübü ərzində 3 milyon 89 min manatlıq verdiyi kreditlərdən faiz gəliri əldə edib ki, bu da illik müqayisədə artımdır. Eləcə də borclarının artımı onlara görə faiz ödəmə məbləği də 5.5 dəfə artmalı olub. Daha dəqiq BOKT 192 min manatlıq faiz xərci çəkib.

Lakin, gəlirlərin artması və hətta inzibati xərclərinin azalması BOKT-un 3 milyon 340 min manatlıq xalis mənfəət etməsinə səbəb olub. Bu xalis mənfəət paralel olaraq təşkilatın bölüşdürülməmiş mənfəətini 4 milyon 865 min manata çatdırıb.

BOKT 18 ildir Azərbaycanda fəaliyət göstərir və və kapitalı Böyük Britaniyanın Oksfam Təşkilatına məxsusdur. BOKT-un xidnət şəbəkəsi paytaxt da daxil 7 filialı əhatə edir.

2 3 1 1

Son xəbərlər
Digər xəbərlər