13 C
Baku
Monday, May 6, 2024

150-dən çox bağçada müdir yeri boşdur

Azərbaycanda 200-ə yaxın bağça müdiri vəzifəsinin vakansiyaya çıxarılması nəzərdə tutulur.

Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda 150-dən çox bağçada müdir vəzifəsi boşdur: “Yay aylarında bağça müdirlərinin işə qəbulu müsabiqə yolu ilə həyata keçiriləcək. Hesab edirəm ki, həmin vaxta qədər vakant yerlərin sayı 200-ə yaxınlaşacaq”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər