-1 C
Baku
Sunday, December 15, 2024

16 dil bilən insandan vacib məsləhətlər

Kato Lomb kimya təhsili almasına baxmayaraq dünyada ilk sinxron tərcüməçilərdən biri idi və 8 dildə çox sürətlə tərcümə etməyi bacarırdı. Ümumilikdə isə 16 dildə başa düşür və işləyirdi. Onun zamanında dil daşıyıcılarının səsi yazılmış nə audio disklər, nə Skype, nə də dil məktəbləri yox idi. Bəs o bu dilləri necə öyrənə bilmişdi?

O öz bestselleri “Mən dilləri necə öyrənirəm” kitabında əcnəbi dillərin öyrənilməsi üçün bir neçə sadə məsləhətlər təqdim etmişdir.

1. Dil ilə məşğul olmaq hər gün üçün vacibdir! Bu eynilə idman zalında olduğu kimidir – əgər diqqət çəkən əzələ istəyirsinizsə onları sxematik olaraq məşq etdirin! Gün ərzində yeni cümlələri təkrar etmək üçün heç olmasa 10-15 dəqiqə zaman ayırın.

2. Xarici dil öyrənmək arzunuz çox tez bir zamanda sönürsə, öz alqoritm cədvəlinizi tətbiq edin. Məsələn, bir qədər çalışın, daha sonra musiqi dinləyin, qısa məsafəyə gəzintiyə çıxın və s.

3. Məzmun – bizim hər şeyimizdir! Sözləri heç vaxt ayrılıqda deyil,  yalnızca məzmun daxilində öyrənin. Məsələn, “strong wind” ifadəsini yadda saxlamısınızsa, bu sözlərin biri avtomatik olaraq digərini yada salacaq!

4. Dərsliklərin boş qalan yerlərində artıq öyrənilmiş xüsusi cümlələri qeyd etmək və dialoq zamanı onlardan maksimum şəkildə istifadə etmək daha faydalıdır.

5. Gözünüzün gördüyü hər şeyi – reklamlarə, mahnı sözlərini, dialoqları, qəzet məqalələrinin başlıqlarını beyninizdə tərcümə edin. Bu çox sadə və faydalıdır!

6. Əzbər öyrənmək – çox xeyirdir! Lakin o məlumatı əzbər öyrənmək lazımdır ki, onun dəqiqliyinə 100% əminsiniz və yaxud müəlliminiz tərəfindən doğru variantı göstərilib.

7. Artıq danışıqda işlədilməyə hazır olan cümlələri, söz birləşmələrini yaddaşınızda I şəxsin təkində yadda saxlayın.

Məsələn:  «I am only pulling your leg» (Mən sənin yalnızca zəhləni tökürəm).

8. İstənilən xarici dili təcrid edilmiş şəkildə öyrənmək mümkün deyil. Məsələn, mən sakitcə çalışmalarımı həll edəcəm və müəllimimə daim qulaq asacam.

Dil öyrənmək üçün filmlərə baxın, əcnəbi dildə qəzet və kitablar oxuyun, internetdə bu dilin daşıyıcıları ilə ünsiyyətdə olun və s.!

9. Səhvlərdən deyil, düzəldilməsi mümkün olmayan səhvlərdən qorxun! Heç vaxt heç nəyi yoxlanılmamış qoymayın.

10. Heç nəyə baxmayaraq, əmin olun ki siz bu dili öyrənəcəksiniz!

Və sonda bir faktı qeyd edək ki, 86 yaşlı Kato Lomb öz 54 yaşlı dostu ilə tanış olduqda onun həyatı üçün həlledici bu cümləni demişdi: “Stiv, sən elə cavansan ki! Qarşıda hələ çox illərin var, bu illərdə nə qədər də çox dil öyrənmək olar!”.

Son xəbərlər
Digər xəbərlər