-1 C
Baku
Saturday, December 14, 2024

Seyf haqqında maraqlı faktlar

Fransanın kralı Ludovik XVI gizli sənədlərin saxlanılması üçün divarda xüsusi bir seyf hazırlamışdı. Lakin, bu seyf şahın həyatını xilas edə bilmədi – 1793-cü il yanvarın 21-də, Konventin qərarı ilə o, qətlə yetirilmişdi. Monarxın həyatında söylədiyi son sözlər belə idi: ” Ölümümün günahkarlarını bağışladım”.

Seyflər XVIII əsrdə İngiltərədə geniş yayılmağa başlayıb. Varlı sahibkarlar “Sərvətimi harada saxlaya bilərəm?” sualı ətrafında düşünməyə başladılar. Həmin andan etibarən, bir tərəfdən seyf istehsalçıları, digər tərəfdən isə bu  seyflərin kodunu qırmağa çalışan insanlar sanki bir yarışa qatıldılar. Təcrübə göstərir ki, hər bir seyfi, hətta ən hiyləgər və təhlükəsiz olsa belə, vaxt keçdikcə kimsə “hack” edə bilər.

1827-ci ildə Tomas Milner yanmaz seyflərin istehsalı biznesini qura bilmişdir. Lakin, bu kimi seyflər  üçün vahid standartlar daha gec – 1917-ci ildə ortaya çıxdı.

1862-ci ildə ABŞ-da seyflər üçün nəzərdə tutulmuş  “Evrika” kilidi patentləşdirilmişdir. Onun üzərindəki hərif  və rəqəmlərin sayı ümumi olaraq 1,073,741,824 müxtəlif kombinasiya yaratmaq imkanı verirdi. Onların hamısını bir – bir  yoxlamaq üçün insanın bütün həyatı belə bəs etməzdi.

Məşhur alman modelyeri  və dizayneri olan Karl Lagerfeld,  hər şeydən əlavə, seyflərin istehsalı ilə də məşğul olur. Həyatında o, təxminən 30 ədəd seyf düzəltmişdir, onlardan ən bahalısı isə $336 000 satılıb. Bəlkə də, Lagerfeldin bu məşğuliyyəti irsidir, çünki onun atasının bankda böyük vəzifə tutması məlum olmuşdur.

Kuala – Lampur ( Malayziya) şəhərində yerləşən banklardan birinin rəhbəri öz seyfinin təhlükəsizliyini təmin etmək üçün qeyri-adi bir üsul tətbiq etmişdir. Seyfin içindəki sərvətlər ilan vasitəsilə qorunub saxlanılırdı. Təbii ki, bu yenilik  faciə ilə nəticələndi: ilan bankda işləyən katibəni çaldı, bütün sərvətlər isə yaranmış qarışıqlıqdan istifadə edən bank işçilərin biri tərəfindən oğurlanmışdır.

Keçən əsrin 90-cı illərində baptist seminariyaların birində çalışan mühasib, seyfdə köhnə sənədləri nəzərdən keçirib səliqəyə salırdı. Qəfildən, musiqi notlu əlyazmalar onun diqqətini çəkdi. Mütəxəssislərin daha sonra apardıqları araşdırmalara əsasən məlum oldu ki, bu əlyazmalar  Moçart, Ştraus və digər məşhur bəstəkarlara aid olub. İllər öncə bu əlyazmalar seminariyalara hədiyyə verilmişdir. Onların ümumi dəyəri bir milyon dollar kimi qiymətləndirilib.

ABŞ-da bir neçə il əvvəl vəfat edən bir yaşlı qadının qohumları  əvvəllər qarajda olan köhnə metal qutuya diqqət yetirmirdilər, lakin, sonra baxmaq qərarına gəldilər. Məlum oldu ki, bu dəmir qutuda iki torba qızıl pul, tüfəng və digər qiymətli əşyalar var imiş. Göründüyü kimi, nənə öz sərvətini itirməkdən çox qorxurdu.

Seyflər faciənin də baş verməsinə  səbəb ola bilər. Balaca uşaqların seyfə girib çıxış tapa bilməməsindən sonra  boğulması halları dəfələrlə qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər