21 C
Baku
Monday, April 29, 2024

17 uşaq bağçasında qidalanma normalara uyğun təşkil edilmir

8-12 avqust tarixlərində respublika üzrə fəaliyyət göstərən 18 uşaq bağçasında aparılan monitorinqlər zamanı ümumilikdə 158 nöqsan müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı 17 uşaq bağçası barəsində inzibati tədbir görülüb.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, monitorinqlər zamanı məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, saxlanılması, daşınması, realizə olunması, markalanması və qablaşdırılmasına dair tələblərə əməl olunub-olunmadığı yoxlanılır.

Bununla yanaşı, mütəxəssislər tərəfindən uşaq bağçalarında qida məhsullarının hazırlandığı və saxlanıldığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər