6 C
Baku
Saturday, December 14, 2024

190 manatlıq yardım bu şəxslərə verilməyəcək – SİYAHI

Mürciətləri nəzərə alaraq Nazirlər Kabinetinin birdəfəlik (2 ay hər ay 190 manat olmaq şərti ilə) ödəmənin verilməsi şərtləri barədə iqtisadçı ekspert Rəşad Həsənov məlumat vermişdir.

Onun sözlərinə görə, bu yardımdan 01.04.2020-ci il tarixinə və rəsmi karantin dövründə, yəni hələlik 20 aprel 2020-ci il tarixinədək işsiz olaraq qeydiyyatdan keçən şəxslər yararlana biləcəkdir. Lakin, aşağıdakı kriteriyalardan hər hansı birinə uyğunluq maliyyə dəstəyindən istifadə hüququnu məhdudlaşdırır:

1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
2. əmək pensiyaçılarına;
3. aylıq müavinət alanlara;
4. aylıq təqaüd alanlara;
5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak
verilmiş şəxslərə;
6. işsizlikdən sığorta ödənişi alanlara;
7. peşə hazırlığına görə təqaüd alanlara;
8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan)
və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
10. əri və ya arvadı ÜSY yaxud əmək pensiyası alan şəxslərə

BİRDƏFƏLİK YARDIM ÖDƏNİLMƏYƏCƏKDİR

XÜSUSİ QEYD: Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

P.S: Görünən odur ki, çox az sayda vətəndaş bu müavinatı ala biləcək

Yardımı alanlar siyahısına düşənlər isə onu necə almaq və necə işsiz kimi qeydiyyata düşmək barədə buradan ətraflı məlumat ala bilərlər.

Son xəbərlər
Digər xəbərlər