20 C
Baku
Sunday, May 5, 2024

1962-ci il istehsalı “Ferrari” 51.7 mln. dollara satılıb

1962-ci il istehsalı olan “Ferrari 250 GTO” yarış avtomobili Nyu-Yorkda keçirilən hərracda 51.7 milyon dollara satılıb. O, tarixdə hərracda satılan ikinci ən bahalı avtomobil olub.

Satılan “Ferrari 250 GTO” 1962-ci ildə yarışıb. Onu britaniyalı sürücü Mayk Parkes və “Scuderia Ferrari” komandasının italyan nümayəndəsi Lorenzo Bandini idarə edib. 1974-1985-ci illərdə avtomobilin sahibi “Ferrari Club of America” təşkilatının sədri olub.

Tarixdə hərracda satılan ən bahalı avtomobil “Mercedes 300 SLR Uhlenhaut Coupe” olub. O, 2022-ci ildə 135 milyon avroya alınıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər