18 C
Baku
Tuesday, April 23, 2024

Bezos “Amazon”un 50 mln. səhminin satışını tamamlayaraq $8.5 mlrd. qazanıb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, “Amazon”un qurucusu Ceff Bezos 15 və 16 fevral tarixlərində daha 2.37 milyard dollarlıq səhm satıb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Məlumatlara görə, iki gün ərzində Bezos 167-170.9 dollar arasında dəyişən qiymətlərlə təxminən 14 milyon “Amazon” səhmini satıb. Beləliklə, fevralın 7-dən etibarən onun satdığı qiymətli kağızlarının sayı 50 milyona çatıb: milyarder 2025-ci il yanvarın 31-nə qədər məhz bu qədər satış etməyi planlaşdırırdı. Ümumilikdə Bezos səhmlərin satışından 8.5 milyard dollara qazanıb.

Bezosun 50 milyon “Amazon” səhmini satmaq planı 8 noyabr 2023-cü ildə qəbul edilib. Satışın səbəbləri açıqlanmasa da, bundan bir qədər əvvəl Bezos Sietldən Mayamiyə köçdüyünü açıqlayıb. Bu addım Bezosa vergilərə təxminən 430 milyon dollar qənaət etməyə imkan verib.

“Amazon”un səhmləri fevralın 20-də “Nasdaq” birjasında hərracların bağlanışına qədər 1.43% ucuzlaşaraq 167.08 dollar olub.

Ceff Bezos dünyanın üçüncü ən zəngin adamıdır. Real vaxt rejimində yenilənən “Forbes Real-Time” reytinqinə görə, onun sərvəti fevralın 20-də 188.4 milyard dollar olaraq qiymətləndirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər