7 C
Baku
Thursday, December 12, 2024

Dəmir Bank-ın keçmiş əməkdaşları Həyat Sığortasından vəsaitlərini geri ala bilməyiblər

Dəmir Bank-ın bir qrup keçmiş əməkdaşlarının bir neçə illik maaşı geri tələb oluna bilər. Beləki Həyatın Yığım sığortasının imkanlarından faydalanan DəmirBank əməkdaşları bankın ləğv edilməsindən sonra çətinliklə üzləşib.

Bankın fəaliyyət göstərditi ərəfədə sözügedən qrup əməkdaş (30 nəfərdən çox) “Atəşgah” ASC sığorta şirkəti tərəfindən təqdim edilən Həyatın Yığım Sığortası adlı məhsuldan faydalanmağa çalışmışlar. İşçilər əldə edilən əmək haqqlarını Atəşgah sığortanın hesabına yönəldərək, Azərbaycan Respublikasının qanunvericiliyində vətəndaşların sosial rifahının artırılması üçün nəzərdə tutulmuş bu imkandan faydalanmaq istəyiblər. Xatırladaq ki, qanunvericiliyə əsasən şirkətdə çalışan əməkdaşın əmək haqqısı və ya əmək haqqının bir hissəsi sığorta məqsədləri üçün ayrılarsa həmin məbləğ vergi və sosial ödənişlərdən azad olunur. Bir daha qeyd edək ki Həyatın Yığım sığortasının sosial layihədir və vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yaradılıb.

Beləliklə işçilər 3 tərəfli razılıqla (vətəndaş, sığorta şirkəti və vətəndaşın çalışdığı müəssisə) işçiyə ayrılan əmək haqqı sığorta şirkətinin hesabına yönəldilir. Əməkhaqqı 3 il və daha uzun müddət ərzində yönəlidlə bilər. Bu müddət ərzində işçilərə aylıq xərclərinin qarşılanması üçün bankdan kredit ayrılır. Vergi və sosial ödənişlərin tutulmaması nəticəsində vətəndaşın sığorta şirkətinin hesabındakı vəsaiti toplanır və 3 il (və ya daha artıq)  müddətdən sonra işçiyə verilir. Əldə olunmuş vəsait hesabına vətəndaş banka (sığorta şirkətinin tərəfdaş bankına) 3 illik borcunu qaytarır və qalan vəsait ilə öz sosial problemlərinin həll edir. Bu imkandan on minlər ilə Azərbaycan vətəndaşı faydalanıb.

Lakin məlum olan faktlara əsasən Həyatın Yığım sığortasından faydalanmaq istəyən vətəndaşların artıq vəsaiti nəyinki verilməyəcək, hətda bank tərəfindən vətəndaşın yaşayışı üçün ayrılan kreditlər geri alınacaq. Dolayısı ilə DəmirBank əməkdaşları 1 ildən (hər bir əməkdaşlarda fərqli olaraq) artıq əldə etdiyi maaşları geri qaytarmalı olacaq. Buna səbəb Atəşgah sığorta şirkətinin faydalanması üçün razılaşmaya daxil edilmiş bənddir.  Bu bənd “Atəşgah” sığorta şirkəti və DəmirBank rəhbərliyi tərəfindən sənədə daxil etdirilib və vətəndaşlara “sıravi sığorta sənədi” altında imzalatdırılıb. DəmirBank işçilərin əmək haqqısından faydalanan və faiz ilə Bankın depozit hesabına yerləşdirən Atəşgah sığorta şirkəti bununla öz riskini azaldaraq vətəndaşları zərbə altına qoyub və həmin depozit hesabında toplanmış iri miqyaslı (hər bir vətəndaşda 40 000 AZN-dək) vəsaiti Bankın ləğv edilməsi halında almayacağı təqdirdə Vətəndaşlara qaytarmayacağı haqda bənd daxil edib. Digər sözlər ilə bu bəndin daxil edilməsi nəticəsində Sığorta şirkəti sığorta hadisəsi baş verdikdə (müqavilənin imzalandığı gündən 3 il sonra baş tutacaq sığorta hadisəsi) öz öhdəsini yerinə yetirməyəcək (ödəniş etməyəcək) və qanunvericiliyi pozacaq.

Nəticədə vətəndaşların iri miqyaslı kreditləri (əmək haqqı əvəzinə ayrılan vəsaitlər) DəmirBank-ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən müqavilə vaxtı çatanda geri alınacaq, işçilərin əmək haqqıları əmanət vəsaitləri olaraq “Atəşgah Sığorta” şirkətinin hesabında qalaraq başqalarının gəlirinə çevriləcək.

Məsələ ilə bağlı “Dəmir Bank” əməkdaşları kollektiv sürətdə məhkəməyə müraciət edərək sözügedən mexanizmi işə salan və Atəşgah – Dəmir Bank rəhbərliyinin planı olan bu bəndin ləğv edilməsi üçün iddia qaldırıblar. Hazırda məsələ üzrə Bakı Apelyasiya məhkəməsinin qərarı ya vətəndaşların illərcə topladığı əmək haqqlarını özünə qaytaracaq və ya il boyu işlərini itirmiş əməkdaşları əmək haqqı əvəzində ayrılan on minlərlə manat kredit yükünün altına salacaq.

Sözügedən məsələ ilə bağlı yeni məlumatlar təqdim ediləcək.

MənbəOlaylar.az
Son xəbərlər
Digər xəbərlər