27 C
Baku
Saturday, July 27, 2024

Sahibkarlar üçün Elektron Kredit Platforması istifadəyə verilib

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb.

Bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər.

“Yeni sistemə 15 bank qoşulub , gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Maksimum 10 gün ərzində kredit veriləcək. Sahibkarlar 3 milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarların müraciətini daha da asanlaşdıracaq”, – deyə nazir qeyd edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər