15 C
Baku
Tuesday, April 23, 2024

2 aydır ki, Azərbaycandan pomidor ixracı dayanıb

2021-ci ilin 9 ayında (yanvar-sentyabr ) Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub. 2020-ci ilin 9 ayında Azərbaycandan 167 milyon 802 min dollar dəyərində 154 min 980 ton pomidor ixrac edilmişdi.

Banker.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı 2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında dəyər ifadəsilə 24%, miqdar ifadəsilə 23.1% azalıb.

2021-ci ilin 8 ayında (yanvar-avqust ) Azərbaycandan 128 milyon 212 min dollar dəyərində 119 min 104  ton pomidor ixrac olunub. Beləliklə, sentyabr ayında ixrac demək olar ki, dayanıb (Sentyabrda cüzi – 31 min dollarlıq 34 ton pomidor ixrac edilib).

Xatırladaq ki, avqustda 51 min dollarlıq 64 ton pomidor ixrac edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər