26 C
Baku
Saturday, July 27, 2024

2 milyon manatdan çox vergi borcu olan “AzInTelecom” 1 milyon manata ekspert xidməti alacaq

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti “Caspian Consalidated Services” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Data Mərkəzinin infrastrukturu və şəbəkə sistemlərinin idarə edilməsi üçün ekspert xidmətlərinin satın alınması nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 998 min 818 manatdır.

“Caspian Consalidated Services” MMC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Azər Allahverdiyevdir.

Xatırladaq ki, “AzInTelecom” MMC-nin nizamnamə kapitalı 8 146 manatdır və qanuni təmsilçisi Leyla Məmmədovadır. “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. Onun fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış data mərkəzi nəzdində “AZCLOUD” bulud xidmətlərdən ibarətdir.

Onu da qeyd edək ki, “AzInTelecom” MMC-nin 2 milyon 37 min 323 manat vergi borcu var.

 

Son xəbərlər
Digər xəbərlər