8 C
Baku
Thursday, March 28, 2024

20-21 iyun tarixlərində Bakıda Sığorta Forumu keçiriləcək

20-21 iyun tarixlərində Bakıda “Azərbaycanda sığorta – yeni perspektivlər” mövzusunda konfrans keçiriləcək. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilir.

20-21 iyun tarixlərində Bakıda “Azərbaycanda sığorta – yeni perspektivlər” mövzusunda konfrans keçiriləcək. Konfrans “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə “XPRİMM” şirkəti ilə təşkil olunur”, – məlumatda deyilir.

Konfransda Azərbaycanda sığorta bazarının cari vəziyyəti, sığorta xidmətlərinin rəqəmsallaşması məsələləri, müxtəlif sığorta növləri, həmçinin ASK sektorunda sığorta risklərinin inkişafı və s. müzakirə olunacaq.

ASA 2006-cı ilin dekabrında iki sığorta cəmiyyətinin – Azərbaycan Sığortaçılar Birliyinin (ASB) və Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqının (ASCİ) birləşməsi nəticəsində yaradılıb. ASA-nın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təminatı, həmçinin sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.

Son xəbərlər
Digər xəbərlər