2 C
Baku
Sunday, December 15, 2024

20 ilin minimumu! Rusiya qazı dayandırır, avroda “soyuqdəymə” simptomları üzə çıxır

 

Bazar ertəsi Rusiyanın Avropaya qaz tədarükü boru kəmərini qeyri-müəyyən müddətə bağlaması enerji çatışmazlığı, yüksək qiymətlər və iqtisadi artıma zərbə vurduqdan sonra avro ucuzlaşdı və ABŞ dolları indeksi son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

Bakı vaxtı ilə 09:30 radələrində 1 avro $0.9883 təşkil edib ki, bu da sessiya açılandan artıq $0.0067, yaxud 0.67% eniş dinamikasıdır.

EUR/USD cütlüyünün məzənnəsi bununla da son 20 ilin minimum səviyyəsinə toxunuş etmiş olur. Coğrafi mövqedə avroya yaxın olan ingilist funt sterlinqi isə $1.1458 səviyyələrinə düşüb.

İngilis valyutası həmçinin həmkarı avro enerji xərclərinin artması ilə bağlı narahatlıqlarla da ucuzlaşır. Britaniyanın xarici işlər naziri Liz Truss həftə sonu deyib ki, o, gözlənildiyi kimi Britaniyanın növbəti baş naziri olacağı təqdirdə artan enerji ödənişləri ilə mübarizə aparmaq və enerji təchizatını artırmaq üçün təcili tədbirlər görəcək.

Ultra-yumşaq pul siysətindən əl götürməyən Yaponiyada isə artıq hər dollara görə 140.23 yen təşkil edir. Bu da  son 24 ilin maksimumudur.

Riskə həssas Avstraliya dolları 0.3% geriləyərək 0.6790 dollar səviyyəsində yeddi həftənin minimumuna yaxınlaşıb.

İndi ya siyasidən, ya da həqiqətdən – Rusiya turbinləri Avrozona iqtisadiyyatı üçün həyati kəsb edən təbii qazı nəql etmir. Rusiya turbində neft sızmasını əsas gətirərək, “Şimal axını 1” boru kəməri üzrə axınların bərpası üçün şənbə günü təyin edilmiş müddəti ləğv edib. Bu, G7 (Yeddilik Qrupunun) maliyyə nazirlərinin Rusiya neftinə qiymət həddi elan etməsi ilə üst-üstə düşür.

Avropaya qazın nəqlinin dayanması böyük iqtisadiyyat Almaniyaya böyük təsir göstərir. Qarşıda dayanan soyuq qış və təchizatla bağlı narahatlıqlar avrozona üçün iqtisadi geriləmə vəd edir.

Digər tərəfdən isə okeanın o tayında requlyator 40 ilin üzərində olan inflyasiyanı cilovlamaq üçün faiz artımı alətindən sərt şəkildə istifadədə israrlıdır. Gözlənilir ki, uçot faiz dərəcəsi sentyabr iclasında 75 baza bəndi artırlacaq. Əksər FED rəsmləri isə faizin 3% üzərinə çıxarılmasını iqtisadiyyat üçün münbit görür. Belə olan halda isə rəqib avro üçün qeyd edilən lüks yoxdur.

 

Son xəbərlər
Digər xəbərlər