Amerikalı start-upçı kriptovalyutalı cüzdanların araşdırmasını aparıb. Layihənin nümayəndələrinin dediklərinə əsasən, çox istifadəçi xüsusi açarı unutmaları səbəbindən rəqamsal pullarını itirirlər.
Nyu-Yorkun Chainalysis blockchain- layihəsinin araşdırmaları nəticəsində, 20 mlrd dollarıq bitkoinləri əldə etmək imkanı birdəfəlik itirilib. Wall Sreet Journalı yazır ki, şirkətin nümayəndələri xəbər verir ki, çox istifadəçi xüsusi açarı itirdikləri üçün, rəqamsal pullarına giriş əldə edə bilmirlər.
Analitiklər bəyan ediblər ki, digər kriptovalyutalarla müqayisədə daha çox bitcoin itirildi. Bu kriptovalyutanın yaşıyla əlaqəlidir, o digərlərindən tez yaranıb. Chainlysisin baş iqtisadçısı Kim Qroqer bildirdi ki, startap, istifadəçilərin itirilmiş rəqamsal pullarını qaytarmasına köməklik göstərə bilməyəcək. Eyni zamanda ABŞ-ın federal istintaq bürosu aktivlərin təxmini 1 milliard dollarını bərpa edə bilib.
Wallet Recovery Services-in nümayəndələri qeyd etdilər ki, layihə təmsilçiləri, 30% hallda, rəqamsal pullarını yenidən əldə edə bilməkləri üçün köməklik göstərirlər. Onlar bildirdilər ki bu, daxil olanda açarın yaradılmasında verilən məlumatın düzgünlüyündən aslıdır.
Hipnozçu Djyson Miller müştərilərə kriptovalyuta cüzdanına giriş açarlarını xatırlamağa köməklik edir, amma o, ildə altı istifadəçi ilə çalışır. Öz fəaliyyətinə görə 0.5 MTC alır, uğurlu bərpa zamanı isə rəqamsal pulların 5%-ni.
Keçmiş BitGo-nun aparıcı mühəndisi Djeymson Lopp bəyan etdin ki, hal-hazırda 6 mln bitkoin birdəfəlik itirilib və yaxud oğurlanıb. Mütəxəssisin sözlərinə göra, 4 mln. sikkə itirilib, 2 mln. isə istifadəçilərin hesablarından oğurlanıb.