5 C
Baku
Saturday, December 14, 2024

20 yaşına qədər şəxslərə kredit verən banklar hansılardır? – Siyahı

Azərbaycanda əksər banklar 20 yaşdan yuxarı şəxslər üçün kreditlər verirlər. Ancaq bəzi banklar var ki, 20 yaşa qədər olan şəxslər üçün də kredit verirlər.

Banker.az olaraq bu dəfə 20 yaşa qədər kredit verən bankları araşdırdıq və sizə təqdim edirik.

                        20 yaşına qədər şəxslərə kredit verən banklar
Banklar Kreditlər  Tələb olunan sənədlər
Accessbank  –
AFB bank + istehlak krediti İlkin müraciət üçün
şəxsiyyət vəsiqəsi
AgBank  –
Amrahbank  –
AtaBank + Bütün kreditlər Şəxsiyyət vəsiqəsi,
iş yerindən arayış
Azərbaycan Beynəlxalq Bankı + Əmanət əsasında kredit Şəxsiyyət vəsiqəsi
Azərbaycan Sənaye Bankı  –
Azər-Türk bank + istehlak krediti Şəxsiyyət vəsiqəsi,
əmək haqqı kartından
son 6 ayın çıxarışı və
ya iş yerindən arayış
Bank Avrasiya  –
Bank of Baku  –
Bank BTB  –
Bank Respublika  –
Premium bank  –
Bank VTB  –
Expressbank                         –   –
Günaybank  –
Xalqbank + Daxili ipoteka Şəxsiyyət vəsiqəsi,
gəlirləri təsdiq edən sənəd
Kapital bank +  Nağd Kredit  Şəxsiyyət vəsiqəsi, iş yerindən arayış
Melli İran Bankı Bakı filialı  –
Muğanbank  –
Naxçıvanbank  –
NBCBank + istənilən kredit Rəsmi gəliri son 6
aya dair təsdiq edən
sənəd və şəxsiyyət vəsiqəsi
Yelo bank + Əmanət əsasında kredit AR şəxsiyyət vəsiqəsi,
qeyri rezident şəxslər
üçün pasport və əmanət
müqaviləsi
Paşa bank  –
Rabitəbank
Turanbank + İstehlak krediti (ərizəçinin və zaminin ):
ş/v , iş yerindən arayış və ya əmək haqqı kartından çıxarış
Unibank + nağd istehlak krediti Gəlirləri təsdiq edən
sənəd qismində ya iş
yerindən arayış
(dövlət müəssisəsi olduğu halda),
ya elektron arayış,
ya da əmək haqqı kartınızın son 6 ay çıxarış
Yapı Kredi Bank + istehlak krediti gəlirinizi təsdiq edən
sənəd (İş yerindən arayış,
Elektron arayış və ya iş yerindən
verilən vəsiqə/İD kartı ilə gəliri
təsdiq edən əmək haqqının
son 12 aylıq hesabdan çıxarışı)
və şəxsiyyət vəsiqənizlə
Ziraat Bank  –

Unibank 18 yaşdan etibarən nağd istehlak krediti verir. Bunun üçün son 6 ayda rəsmi iş yeri mövcud olmalıdır. Gəlirləri təsdiq edən sənəd qismində ya iş yerindən arayış (dövlət müəssisəsi olduğu halda), ya elektron arayış, ya da əmək haqqı kartınızın son 6 ay çıxarışını təqdim edə bilərsiniz.


Turanbankİstehlak krediti üzrə yaş həddi kişilər üzrə 18-65, qadınlar üzrə 18-63 yaş aralığındadır. Əgər rəsmi iş yeriniz varsa, istehlak kreditinə müraciət edə bilərsiniz. Kreditin maksimum müddəti – 6-48 ay, Kredit üzrə illik faiz dərəcəsi – 16%-27%, Kreditin təminatı -5 000 AZN-dək zaminsiz, 5 000 AZN-dən yuxarı zamin tələb oluna bilər. Tələb olunan sənədlərə (ərizəçinin və zaminin ): ş/v , iş yerindən arayış və ya əmək haqqı kartından çıxarış daxildir.


AFB Bank 18 yaşdan yuxarı şəxslər istehlak krediti üçün müraciət edə bilər.  İlkin müraciət üçün şəxsiyyət vəsiqəsi tələb olunur. Hal hazırda Qış Festivalı kampaniyası çərçivəsində 16%dən başlayaraq kreditlər təklif olunur. Kreditin faiz dərəcələri, əmək haqqından, əmək haqqını aldığınız bank kartından, təkrar müştəri olmağınızdan və s asılı olaraq dəyişə bilər.


Xalqbank Yalnız Daxili ipoteka üçün yaş həddi 18-dir.Daxili ipoteka daşınmaz əmlakın alınması üçün nəzərdə tutulub. Şəxsiyyət vəsiqəsi, gəlirləri təsdiq edən sənəd lazımdır.


Yapı Kredi Bank – Worldcard müraciəti etmək üçün gəlirinizi təsdiq edən sənəd (İş yerindən arayış, Elektron arayış və ya iş yerindən verilən vəsiqə/İD kartı ilə gəliri təsdiq edən əmək haqqının son 12 aylıq hesabdan çıxarışı) və şəxsiyyət vəsiqənizlə bankımızın filiallarına müraciət edə bilərsiniz. Son və əvvəlki(birlikdə) iş yerlərində minimum 12 aylıq əmək təcrübəsi, minimal əmək haqqı 250 AZN təşkil etməlidir. 18-63 yaş arası şəxslər müraciət edə bilər. Qeyd olunan şərtlər istehlak krediti və kredit kartı müraciəti üçün eynidir.


NBC Bank – rəsmi gəliri olan 18 yaşdan yuxarı şəxslərə istənilən kredit verilə bilər. Rəsmi gəlirinizi son 6 aya dair təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi tələb olunur. Müştərilərə ayrılacaq kredit məbləği haqqında məlumatı kredit mütəxəssisləri gəlir və öhdəlikləri yoxladıqdan sonra bildirəcəklər.


Azərbaycan Beynəlxalq Bank –  Yalnız Əmanət əsasında kredit üçün 18 yaşdan yuxarı şəxslər müraciət edə bilər. Depozit ilə təmin olunmuş istehlak krediti üçün təqdim olunan məbləğ əmanətin 70%-dək, əmanətin valyutasında 50 000-dək, komisyon haqqı 0.5% təşkil edir. Faiz dərəcəsi isə əmanət milli valyutadadırsa – depozitin faiz dərəcəsi + 5%, əmanət xarici valyutadadırsa – depozitin faiz dərəcəsi + 3%. Depozit müddətinin sonunadək (4 ildən yuxarı olmamaq şərti ilə) müddətə təqdim olunur.  şəxsiyyət vəsiqənizlə əmanət hesabına xidmət göstərən filiala yaxınlaşa bilərsiniz. Əmanət hesabınız olmadığı halda əmanət əsasında kredit üçün müraciətiniz mümkün olmayacaq.


Yelo bank Yalnız əmanət girovu ilə təqdim olunan kreditlərindən 18 yaşı tamam olmuş müştərilər yararlana bilərlər. Ancaq əmanət hesabınız olmadığı halda əmanət əsasında kredit üçün müraciət mümkün olmayacaq. Qeyd edilən kredit növü üçün AR şəxsiyyət vəsiqəsi, qeyri rezident şəxslər üçün pasport və əmanət müqaviləsi tələb olunur.


Azər Türk Bank – Kredit məbləği rəsmi gəlirə uyğun ayrılır. Borcalanın ümumi iş stajı 6 ay, sonuncu iş yerində stajı (fasiləsiz keçid) ən azı 3 ay olmalıdır. Yaş həddi: 18 yaş-70 yaş nəzərdə tutulub. Hal-hazırda aktiv olan “Qış” kampaniyasına  əsasən illik faiz dərəcəsi: AZN: 3-12 ay – 16%,13-20 ay – 19%, 21-36 ay – 21%, 37-48 ay – 23%. Komissiya: 3-12 ayadək – 1%,13-20 ayadək – 1.5%, 21-36 ayadək – 2.0%, 37-48 ayadək – 2.5% ( minimum 50AZN) Kampaniyanın bitmə müddəti 31 yanvardır. Daha ətraflı məlumat əldə etmək üçün kredit müraciətinizi https://atb.az/personal_credits/istehlak-krediti/ linkindən online olaraq sifariş edə bilərsiniz. Şəxsiyyət vəsiqəniz, əmək haqqı kartından son 6 ayın çıxarışı və ya iş yerindən arayış ilə müraciət edə bilərsiniz.


AtaBankBütün kreditlər 18 yaşından ayrılır. Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur.


Kapital Bank – Nağd kredit, BirKart taksit kartı 18-70 yaş arası fiziki şəxslərə təklif olunur. Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış lazımdır.

Son xəbərlər
Digər xəbərlər