“İndilərdə Xarkovdan qatar Lvov şəhərinə yola çıxır və 200-ə yaxın soydaşımız günorta saatlarına şəhərə çatacaq”.
Bunu açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.
O deyib ki, ötən gün təxminən 400 azərbaycanlı Lvov şəhərinə təxliyə olunub:
“Bu gün başqa bir qatarın da Xarkovdan çıxması gözlənilir. Kimlər Xarkovdan çıxmaq istəyirsə, bizə müraciət etsinlər”.
S.Adıgözəlli qeyd edib ki, bu gün Kiyev şəhərindən də azərbaycanlıların təxliyəsi olacaq.
Qeyd edək ki, müharibə ilə bağlı vətəndaşlarımız müxtəlif yollarla Ukraynadan çıxarılır və Azərbaycana gətirilir.