6 C
Baku
Monday, December 16, 2024

2013-cü ildə biznes yaratmaq üçün ən yaxşı ölkələr

Forbes jurnalı ənənəvi olaraq illik biznes üçün ən yaxşı ölkələrin reytinqini təşkil etmişdir. Bu zaman araşdırma üçün Transparency International, Freedom House, Property Rights Alliance, Heritage Foundation, Ümumdünya bankı və Dünya İqtisadi Forumu kimi təşkilatların məlumatlarından istifadə edilmişdir.

Araşdırma müəllifləri dünyanın 145 ölkəsini biznes üçün vacib olan 11 kriteriya əsasında analiz etmişlər. Bu kriteriyalara qiymətlərin sabitliyi, vətəndaş azadlığının səviyyəsi, investisiyaların qorunması və mülkiyyət hüquqları, ixrac-idxal əməliyyatlarının həyata keçirilməsi asanlığı, innovasiyalar, texnologiyanın inkişaf səviyyəsi, rüşvətxorluq, dövlətin biznesə təsiri, fond bazarındakı vəziyyət və vergi yükü daxildir.

Bu il reytinqdə ilk pilləni İrlandiya tutdu. İlk üçlüyə Yeni Zellandiya və Honq Konq daxildir.

Ölkə

Vergitutma, reytinqdə yeri

İnnovasiya, reytinqdə yeri

Pul siyasəti, reytinqdə yeri

Dövlətin iqtisadiyyata təsiri, reytinqdə yeri

ÜDM, 2013-cü il

1

İrlandiya

6

20

11

12

210 milyard dollar

2

Yeni Zellandiya

21

25

9

1

170 milyard dollar

3

Hon Konq

4

23

12

5

263 milyard dollar

4

Danimarka

11

11

27

35

314 milyard dollar

5

İsveç

36

6

12

52

526 milyard dollar

6

Finlandiya

19

1

36

48

250 milyard dollar

7

Sinqapur

5

9

14

3

277 milyard dollar

8

Kanada

8

21

77

2

1,8 trilyon dollar

9

Norveç

16

12

60

46

501 milyard dollar

10

Hollandiya

26

10

20

14

773 milyard dollar

Son xəbərlər
Digər xəbərlər