10 C
Baku
Thursday, December 12, 2024

2013-cü ilin fantastik tikintiləri II hissə

Müasir memarlığa müxtəlif cür yanaşmaq olar. Biz sizə bu məqalədə 2013-cü il ərzində inşa olunmuş ən yaxşı və fantastik tikintilərin siyahısını təqdim edirik.  

1. Kopenhagen, “Mavi planet” akvariumu

kopen

3XN memarlıq bürosu dünyada ən böyük akvariumlarından birini vint və burulğan şəklində inşa edib. Bu bina Kopenhagen aeroportunun yaxınlığında yerləşir.

2. Çendu, «Sliced Porosity Block»yaşayış kvartalı

chendu

Bu layihənin müəllifi Stiven Xolldur. Beş göydələnin kəsilmiş və sındırılmış şəkildə olması memarın kaprizi nəticəsində əmələ gəlməyib. Çendu fəal seysmik zonada yerləşdiyi üçün binaların bu cür forması onlara zəlzələrə zamanı öz sabitliklərini qorumağa kömək edir.

3. London, NEOBankside yaşayış kompleksi

london

Müəllifi Riçard Rocersdir.

Memar öz sənətində sənaye estetikasından istifadə edir.

4. Dubayda CayanTower göydələni

dubay

Üç yüz metrlik hündürlükdə olan CayanTower göydələni əyilmiş formada olan planetin ən böyük göydələnidir. Tikintinin yüksək mərtəbələri bünövrəyə nisbətdə 90 dərəcə əyilmiş formadadılar.

Göydələnin bu cür forması nəticəsində küləyin binaya təzyiqi azalır.

5. Belçika, Xasselt şəhərində məhkəmə kompleksi

belgia

Yeni məhkəmə kompleksi həm qeyri-adi forması, həm də Avropa memarlığına xas üslubu ilə insanı təəcübləndirir. Bu tikinti daha öncə istifadəsiz olan torpaqları canlandırmaq istəyən müasir Avropa memarlığının bir nümunəsidir. Məhkəmə kompleksi əvvəl sənaye torpaqları olan ərazidə tikilib.

6. Almaniya, Roytlingendə konsert zalı

germani Tikintinin müəllifi Maks Dudlerdir. Soyuq minimalistik tikintilər yaradan memar ən yaxşı mükafatlara layiqdir.

Roytlingendə yerləşən konsert zalı soyuq görünüşə sahib olsa da bu tikinti yüksək texniki səviyyədə inşa olunub. Əsl incəsənət.

7. Böyük Britaniya, Londonda “Şüşə qırıntısı” göydələni

britania

Üç yüz metrlik hündürlüyü olan “Şüşə qırıntısı” göydələnin müəllifi Renso Pianodur. Bu tikinti Avropa birliyinin ən hündür binası və həmçinin qərb dünyasının mürəkkəb, texnoloji və təhlükəsiz göydələnlərindən biridir.

8. Çin, Şençjen maliyyə birjasının binası

kitay

Bu tikintinin də müəllifi Rem Kolxasın OMA bürosudur.

9. Hollandiya, “Yüksək şəhər” De Rotterdam

niderlnd

Rem Kolxasın müəllifi olduğu De Roterdam Hollandiyanın ən böyük miqyaslı binasıdır.

Rotterdamın keçmiş liman rayonunda yerləşən şüşə divar səkkiz blokdan ibarətdir. Onun tərkibinə otel, ofislər, mənzillər, konfrans zalları və ticarət mərkəzi daxildir.

Layihənin üzərində 1997-ci ildə işlənilirdi. Lakin layihənin çox bahalı olduğu üçün tikinti işlərinə yalnız 2008-ci ildə başlamaq mümkün olmuşdu.

Son xəbərlər
Digər xəbərlər