3 C
Baku
Saturday, December 14, 2024

2014-cü ildə fond 6 yeni elektron xidməti aktivləşdirib – Elman Mehdiyev

2014-cü ildə Dövlət Sosial Müdafiə Fond sistemi üzrə daxil olan vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 35% azalıb.

Bu barədə Fondun sədri Elman Mehdiyev məlumat verib.

E.Mehdiyev buna DSMF tərəfindən həyata keçirilən ardıcıl tədbirlər nəticəsində əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin səbəb olduğunu qeyd edərək vurğulayıb ki, ötən il ərzində Fondun 6 yeni elektron xidməti aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib.

“Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutduğunu bildirən Fond sədri məlumat verib ki, : “2014-cü il ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən istifadəçilərin sayı ümumilikdə 1 milyon 380 minə yaxındır”.

E.Mehdiyev sığorta-pensiya sisteminin avtomatlaşdırılması sahəsində görülən işlərin beynəlxalq təşkilatın reytinq göstəricisində də öz əksini tapdığını diqqətə çatdırıb. Belə ki, Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstərici olub.

Fond sədri həmçinin bildirib ki, DSMF bundan sonra da elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün müraciətlərə aydınlıq gətirilməsi sahəsində fəaliyyətini davam etdirəcək.

SalamNews

Son xəbərlər
Digər xəbərlər