9 C
Baku
Friday, December 13, 2024

2015-də bizi gözləyən 3 VACİB məsələ

Müəllif: Marketoloq, konsultant İlkin Manafov

2015-ci ilin Azərbaycan üçün çox fərqli və daha əvvəl yaşanmayan 3 vacib sualla başlayır. Bu suallar hansılardır?

  1. Məhz 2015-ci ildə, ölkəmiz Avropa oyunlarına ev sahibliyi edəcək. Bu o deməkdir ki, iqtisadiyyatımızda bu öz əksini tapacaq (tapmalıdır).
  2. Məhz 2015-ci il, neftin qiymətini aşağı düşməsi ilə xarakterizə edilir. Daha doğrusu biz 2015-ə neftin qiymətinin düşməsi ilə giririk. Bu mütləq iqtisadiyyatımızda öz əksini tapacaq.
  3. Məhz 2015-ci il, bizim bir vaxtlar “böyük qardaşımız” olan Rusiyanın problemləri çoxdur. Başqa sözlə desək, Rusiyanın işləri “russkiydir” və bu mütləq bizə təsir edəcək, çünki hər nə qədərdə biz o haqda danışmaq istəməsəkdə, bizim “əli iş tutan” adamlarımızın bir çoxu Rusiyadan Azərbaycana pul göndərir.

Sözü gedən üç məsələ nə vaxtsa ayrı-ayrılıqda olsada, üçü bir ildə demək olar ki, heç vaxt olmayıb. Bu 2015-ci ilin daha maraqlı il olacağından xəbər verir!)

Deməli belə – 3 vacib məsələ, 3 vacib sual, 3 vacib həlli bizdən asılı olmayan iqtisadi dəyişiklik. Sizcə bu sözü gedən dəyişiklər 2015-ci ildə ki, biznes mühitinə necə təsir edəcək?!

Əvvəlcədən deyim ki, mən hər nə qədərdə İqtisad Elmləri Namizədi olsamda, hər nə qədərdi makro-iqtisadiyyatı sevsəmdə… əsas iş dayirəm – ALVERDİ. Buna baxmayaraq hər şeyin ALVERDƏN başladığın inanan acizanə bir balaca alim kimi, 2015-ci haqqında olan düşüncələrimi qısa formada Sizlərlə bölüşmək istəyirəm.

2015-də sözü gedən 3 məsələdən bizə təsiri olacaq müsbət tərəflər nədir?

  • Avropa oyunları istər-istəməz ölkəmizə əlavə turist cəlb edəcək. Hər nə qədərdə desəz ki, bizdə turizm potensialı yoxdur, düşünürəm ki, ölkəmizin pozitiv imici üçün Avropa Oyunları lazımdır;
  • Neftin düşməsi hər nə qədərdə bizim iqtisadiyyatımıza zərbə vursada, düşünürəm ki, tezliklə Azərbaycanda yeni, alternativ pul qazanma sahələri prioritetə çevrilə bilər. Bugün həqiqətəndə ölkəmizdə kənd təsərrüfatı “batır”, emala yönəli istehsal sahələri yox dərəcəsindədir. Yüngün sənayemiz indi-indi ayağa qalxmaq istəyir və s. Niyədə 2015-ci il bu sektorlar üçün “qızıl” il olmasın. (bağışlayın AMMA bura IT-ni qatmayın… sadəcə boynumuza alaq ki, biz IT olkəsi deyilik, özünüzü və bizi yormayın!)
  • Rusiyanın vəziyyətinin pisləşməsi, orda olan normal düşüncəli Azərbaycan sahibkarını, investitsiya olaraq Azərbaycana yönəldə bilər. Həmyerlimiz düşünər ki, Rusiya batır, Azərbaycandada torpağın qiyməti qalxır. Bəlkə gəlib hələlik ucuz olan torpaqlardan alıb, orda biz biznes qurum?! Niyədə olmasın. Rusiyada qazandıqlarını, gətirib vətənində xərcləməkdən düzgün nə ola bilər?!

Bəs… 2015-də sözü gedən 3 məsələdən bizə təsiri olacaq mənfilər nədir?

  • Olimpiyadanın keçirilməsi, ölkədə olan büdcə balansının sosial projektlərə deyil, məhz Avropa oyunlarına yönəlməsi ola bilər. Belə olduğu zaman büdcədən olan “kəsirləri” doldurmaq üçün büdcə, zəif orta və xırda sahibkarlara “hücüm” çəkə bilər. AMMA tam səmimi deyirəm ki, mən bu ssenariyə heç inanmıram. Bizim rəhbərlik son dərəcə gözəl proqnozlar verir. İnanmıram belə addımla “narazı” əhali kütləsi yaratsın… bu heç kimə lazım deyil!
  • Neftin düşməsi… əlbəttə, bizim üçün arzu edilən hal deyil. Bizim iqtisadiyyata bundan sözsüz ki, zərbə dəyəcək. AMMA məsələ dəyən zərbənin gücündədir. Sadəcə pozitiv baxmaq istəyirəm. İnanıram ki, 2008-2009-cu illərdə butün post-sovet ölkələrində ciddi şəkildə hiss edilən böhran necə ki, bizdə az hiss edildi, eləcədə bu il neftin düşməsini adi vətəndaş hiss etməsin.
  • Rusiyanın zəifləməsi və orda olan Azərbaycanlılar həqiqətəndə bizə mənfi təsir edir. Bu özünü ən çox respublikanın bölgələrində göstərir. Orda insanlar şəhərə nisbətən daha çox Rusiyadan asılıdır… bizim üçün yaxşı hal deyil.

Əziz oxucu, yazının sonunda Sizə bir söz demək istəyirəm. Böhran kimlər üçün imkanlar, kimlər üçünsə problemlər yaradır. Çalışaq hər şeydən daha çox fayda qazanaq. Hərəkət edək, Qurban olduğumuz bərəkət verəcək (!)

Son xəbərlər
Digər xəbərlər